Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkidə mikroavtobus 12 yaşlı yeniyetməni vurub - FOTO

Şəkidə mikroavtobus 12 yaşlı yeniyetməni vurub - FOTO

Tarix: 21 May 2022 21:48

Şəkidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında, Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəkinin Suçma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Səməd Qurbanov idarə etdiyi "Ford" markalı mikroavtobusla hərəkətdə olarkən 2010-cu il təvəllüdlü Elvin Məmmədlini vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onun vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, mikroavtobus Zaqatala-Bakı marşrut xətti ilə hərəkət edirmiş.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Şəkidə mikroavtobus yaşlı yeniyetməni vurub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ