Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya şirkəti sanksiyalara görə təyyarələrini sökəcək

Rusiya şirkəti sanksiyalara görə təyyarələrini sökəcək

Tarix: 23 May 2022 17:32

Rusiyanın "Aeroflot" aviaşirkəti yaxın gələcəkdə sanksiyalara görə "Boeing" və "Airbus" təyyarələri üçün ehtiyat hissələri çatışmazlığı ilə üzləşəcək.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, çatışmazlığı aradan qaldırmaq üçün aviadaşıyıcı təyyarələrini ehtiyat hissələrinə ayırmağa başlaya bilər.

Ekspertlərinin fikrincə, öz təyyarə parkını işlək vəziyyətdə saxlamaq üçün "Aeroflot" sözügedən prosesə üç ərzində başlayacaq. Aviaşirkət ən azı yaxın gələcəkdə "Boeing" və "Airbus" məhsullarını Rusiya istehsalı olan təyyarələrlə əvəz edə bilməyəcək.

Qeyd edək ki, sanksiyalara görə "Aeroflot" nəinki öz təyyarələri üçün ehtiyat hissələri əldə etmək imkanını itirib, həm də xaricə uçuşları kəskin şəkildə azaltmaq məcburiyyətində qalıb.


Etiketlər:  Rusiya şirkəti sanksiyalara görə təyyarələrini sökəcək


RƏYLƏR