Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda külək “TIR”ı aşırdı, sürücünün qolu kəsildi

Bakıda külək “TIR”ı aşırdı, sürücünün qolu kəsildi

Tarix: 24 May 2022 08:02

Bakı-Qazax şossesində güclü külək qəzaya səbəb olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb.

Belə ki, İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Cəbrayıl Cavanşir Musa oğlu idarə etdiyi "MAN" markalı yük avtomobili ilə hərəkətdə olan zaman qəfil güclü külək əsib.

Bu zaman ağır tonnajlı yük avtomobili aşıb.

Sürücü qolundan ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Həkimlər cərrahi əməliyyat zamanı Cavanşir Cəbrayılın qolunu amputasiya edib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Milli.Az


Etiketlər:  Bakıda külək TIRı aşırdı sürücünün qolu kəsildi


RƏYLƏR