Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2022 09:02
Ukrayna Prezidenti Vladimir Zelenski qeyd edir ki, müharibənin qarşıdakı həftələri çətin olacaq.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə o, videomüraciətində bildirib.
"Rusiya çalışır ki, Xarkov vilayətinin ələ keçirdikləri ərazilərdən, Xerson vilayətindən, Zaporojye vilayətinin bəzi ərazilərindən və Donbasdan əl çəkməsin. Yavaş-yavaş irəliləyir. Onlar mövqelərini gücləndirmək üçün ehtiyatlar yığır. Müharibənin qarşıdakı həftələri mürəkkəb olacaq. Biz bunu bilməliyik", - Zelenski vurğulayıb.
Eyni zamanda, o qeyd edib ki, ukraynalıların döyüşməkdən başqa alternativi yoxdur.
"Döyüşmək və qalib gəlmək. Torpağımızı və xalqımızı azad etmək üçün. Ruslar izdə olan hər şeyi almaq istəyirlər",- deyə Zelenski bildirib.