Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2022 12:25
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni İlahə Fəda olub.
Sonxeber.net xəbər verir ki, müğənni sevdiyi şəxsin ölümündən danışıb:
"Sevdiyim şəxsin ölümündən sonra mənim üçün burada qalmaq çox çətin idi. Hiss edirdim ki, boğuluram. Evdə də məsləhət verdilər ki, Moskvaya gedim. 2 ilə qədər orada qaldım. Ora getmək mənə kömək etmədi. Vətən həsrəti güc gəldi mənə, qayıtdım. Peşmanlığım yoxdur, "kaşki"-lərim var. Kaş ki, xəyanət edərdi, amma yaşayardı. Ən azından içim rahat olardı. Ürəyimdə bu yanğı olmazdı".