Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üz tanıma şirkəti 7,5 milyon cərimələndi

Üz tanıma şirkəti 7,5 milyon cərimələndi

Tarix: 24 May 2022 19:38

Üz tanıma şirkəti "Clearview AI" 7,5 milyon funt sterlinqdən çox cərimələnib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, şirkətə Böyük Britaniya vətəndaşlarının qeyri-qanuni məlumatlarını silmək tapşırılıb.

Məlum olub ki, şirkət əməkdaşları üz tanınması sistemi üçün öz qlobal məlumat bazalarını yaratmaq məqsədilə internetdən qanunsuz olaraq insanların üzlərinin fotolarını toplayıblar.

Bu səbəbdən də, Böyük Britaniyanın İnformasiya Komissarlığı Ofisi şirkətin məlumatların mühafizəsi qanunlarını pozduğunu bəyan edib. Rəsmilərin sözlərinə görə, "Clearview AI" 20 milyarddan çox üz təsvirini toplayıb. Şəkillərin mənbələri "Facebook" və "Instagram" kimi sosial şəbəkələr olub. Şirkətin əməkdaşları şəkillərini öz bazalarında saxladıqları barədə heç bir istifadəçiyə məlumat verməyiblər.


Etiketlər:  tanıma şirkəti milyon cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ