Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xorvatiyanın dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib

Xorvatiyanın dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib

Tarix: 24 May 2022 20:12

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, vətəndaşlarınıza isə tərəqqi və rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, dost ölkələr kimi əlaqələrimizin bütün sahələrdə inkişaf etməsi üçün bundan sonra da çalışacaq və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik. İqtisadi imkanlar ölkələrimiz arasında daha mühüm və sıx əməkdaşlıq üçün stimul verən amil ola bilər.

Ümidvaram ki, əlaqələrimizin daha da inkişaf etdirilməsi perspektivləri və getdikcə mürəkkəbləşən qlobal gündəlikdəki önəmli məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxın gələcəkdə fürsətimiz olacaqdır.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".


Etiketlər:  Xorvatiyanın dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ