Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2022 23:16
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri"nin təsdiq edilməsi barədə" 31 iyul 2018-ci il tarixli qərarını ləğv edib.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında qərara aydınlıq gətirib.
"Rüsum ləğv edilməyib.
Sadəcə, artıq xeyli müddətdir ki, bu məsələ qanunla tənzimlənir. Bu baxımdan, Nazirlər Kabinetinin bu sahəni tənzimləyən qərarı ləğv edilib.
Ləğv olunan qərarda telefonun modelindən asılı olaraq müəyyən olunan rüsumlar indi "Dövlət rüsumu haqqında" qanunda öz əksini tapıb",- o qeyd edib.