Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2022 23:26
Finlandiyanın keçmiş baş naziri və xarici işlər naziri Aleksandr Stubb Türkiyənin təhlükəsizlik problemlərinin həll edilməli olduğunu söyləyib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, sabiq nazir bu barədə "Anadolu"ya müsahibəsində danışıb.
"Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı nəzərə alınmalıdır. Anladığım qədərilə bunlardan biri PKK, digəri isə silah embarqosu ilə bağlıdır, - deyən Stubb Türkiyənin "F-35"lərə olan son tələbinin birbaşa Finlandiya və İsveçlə əlaqəli olduğunu da bildirib.
Sabiq hökumət başçısı əlavə edib:
"İndi, mənim təcrübəmə görə, bu problemlər həll edilə bilər, lakin bu narahatlıqları aradan qaldırmaq üçün tədbirlər görülməlidir".
Stubb İsveç və Finlandiyanın NATO-ya qəbul edilməsinin birliyə mühüm töhfə olacağını vurğulayıb:
"NATO-ya uyğun ölkələrik, amma Türkiyənin narahatlığı ciddi qəbul edilməlidir. Həll yolunun tapılacağına ümid edirəm".
Finlandiyanın Türkiyənin Avropa Birliyinə (AB) üzvlük prosesini dəstəklədiyini xatırladan Stubb qeyd edib: "Türkiyə ilə Finlandiya arasındakı əlaqələr həmişə çox yaxşı olub".