Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclisin mayın 31-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin mayın 31-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Tarix: 25 May 2022 18:16

Milli Məclisin 2022-ci il mayın 31-də keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb.

Gündəliyə 6 məsələ daxildir:

1. "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

5. "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

6. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


Etiketlər:  Milli Məclisin mayın keçiriləcək iclasının gündəliyi açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ