Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2022 23:38
İran Yunanıstana nota verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Yunanıstanın müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
Yunanıstan sularında İran İslam Respublikası bayrağı altında yük gəmisinin ələ keçirilməsindən sonra bu gün Yunanıstanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.
Etiraz notasında İran İslam Respublikasının bayrağı altında üzən gəminin ələ keçirilməsinin beynəlxalq piratçılıq olduğu bildirilib. Bildirilib ki, bu məsuliyyət Yunanıstan hökumətinin üzərinə düşür:
"İran İslam Respublikası üzərinə düşən hüquqi prosedurları yerinə yetirr və Yunanıstan hökumətindən beynəlxalq öhdəliklərə əməl edilməsini gözləyir".