Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda sexdə yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Bakıda sexdə yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Tarix: 26 May 2022 16:16

16:14

Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən söndürülüb.

FHN-dən Sonxeber.net-a verilən məlumata görə, yanğının mürəkkəbliyinə, əhatə dairəsinin sürətlə genişlənmə riskinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin əlaqəli və effektiv tətbiqi, yanğınsöndürənlərin peşəkarlığı sayəsində alovun geniş sahəyə yayılmasına imkan verilməyib. Yanğın nəticəsində ümumi sahəsi təxminən 28000kv.m olan sex və anbarın ilkin hesablamaya əsasən 900-1000kv.m hissəsi yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 2 nəfər əməkdaşı yüngül xəsarət alıb.

--------

15:48

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.

Bu barədə Sonxeber.net-a FHN-dən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

---------

14:09

Bakıda sexdə yanğın başlayıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, metronun "Ulduz" stansiyasının yaxınlığında qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Əlavə məlumat veriləcək.


Etiketlər:  Bakıda sexdə yanğın söndürülüb YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ