Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2022 20:38
"Heç bir şüurlu erməni Azərbaycanın tərkib hissəsi olacaq Qarabağ torpağında yaşaya bilməz. Yaşamayacaq. Zəmanətlər nə olursa olsun. Erməni xalqı nə qədər səssizcə öz gülləbaran səhnəsinə qayıtsa da, belə bir zəmanətin qiymətini yaxşı bilir".
Sonxeber.net Konkret.az-a istinadən xəbər verir ki, bu fikirləri politoloq Hayk A.Martirosyan özünün facebook səhifəsində bildirib. Siyasi şərhçi guman edir ki, Azərbaycan və Ermənistan dövlət başçılarının Brüssel görüşü rəsmi Bakı ilə müharibədən əvvəl gizli razılaşmanın formalaşdırılması prosesidir.
Politoloqa görə, bu gün beynəlxalq ictimaiyyətin gözü qarşısında rəsmi İrəvan pis vəziyyətə düşüb. O, fikirlərini belə əsaslandırıb:
"Avropa buna müqavimət göstərə bilmir. Amma ermənilərdən öz maraqlarını müdafiə etməyi tələb edir. ABŞ-ın mövqeyi bir az fərqlidir. Dünyanın super gücü kimi Amerikanın sadəcə olaraq Ermənistanda birbaşa maraqları var və Qarabağ məsələsinin Rusiya-Türkiyə ssenarisində həlli, yumşaq desək, onun üçün çox məqbul deyil. Amma ABŞ hətta Ermənistanın tələb etdiyinə qarşı çıxa bilməz. Ermənistan isə əsasən Qarabağ məsələsində özünü məhv etməyi tələb edir. Avropa Ermənistanın ondan tələb etdiyi şeyi edir. Avropa yalnız erməni xalqının öz susqunluğu və hərəkətsizliyi ilə razılaşdıqları ilə razılaşır.
Erməni xalqı dözüm göstərməklə və bu rüsvayçılıqdan geri çəkilməklə, öz ölüm gülləsini hazırkı rejimə yönəldə bilər".