Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dırnaq batması - SƏBƏBLƏR

Dırnaq batması - SƏBƏBLƏR

Tarix: 26 May 2022 21:18

Bu çox yayılmış problemdir. Dırnağın qıraqları ətrafdakı dəriyə girir və bu güclü ağrılara, iltihaba, irinlənməyə səbəb olur. Tibdə bu "onixokriptoz" adlanır.

Adətən bu pozulma ayaqlarda, əksər hallarda baş barmaqlarda inkişaf edir. Xəstəlik qadınlarda kişilərlə müqayisədə daha tez-tez müşahidə edilir.

Bu kiçik problem insana ciddi əzab verir - insan yeriyəndə əziyyət çəkir, ayaqqabı geyinə bilmir, gecə ağrıdan oyanır və s. Bu yerdə xoralar əmələ gələ bilər. Bu xüsusilə şəkərli diabet xəstəliyi olan insanlar üçün təhlükəlidir. Onlarda belə xoralar sağalmır və nəticədə hətta qanqrenaya və barmağın kəsilməsinə gətirib çıxarda bilər. Ən böyük problem isə ondan ibarətdir ki, hətta müalicə olunduqdan sonra bu xəstəlik tez-tez təkrarlanır (residivləşir).

Xəstəliyin əsas səbəbləri arasında:

- irsiyyət (dırnaqların forması)

- narahat, çox dar ayaqqabı geyinmək

- dırnaqların travmaları

- gigiyena qaydalarına əməl etməmək

- dırnaqların düzgün kəsilməməsi (dırnaqları yalnız düz kəsmək lazımdır, yumru kəsmək olmaz)

- bəzi xəstəliklər (xüsusilə şəkərli diabet)

- göbələk infeksiyası.

Xəstəliyin ilk simptomlarında mütləq cərraha müraciət etmək lazımdır. Xəstəlik özü-özündən keçmir, ev şəraitində onu müalicə etmək mükün deyil.

Bəzən xəstələr xalq təbabəti vasitələrindən istifadə etməyə çalışır. Lakin bu problemi həll edə bilməz. Nəticədə isə xəstə vaxt itirir, xəstəlik isə daha da ağırlaşır.

Xəstəliyin ağır formalarında kiçik cərrahi əməliyyat tətbiq edilir. Bəzi hallarda dırqan qismən və ya tam çıxarılır. Hal hazırda bu problemlemlə mübarizə etmək üçün xüsusi müasir üsullar mövcuddur (lazerlə müalicə və s.). Bu üsulların tətbiqi xəstəliyin təkrarlanmasının qarşısını alır.

Xəstəliyin profilaktikası üçün gigiyena qaydalarına əməl etmək (hər gün ayaqları yumaq, corabları dəyişmək və s.), dırnaqları düzgün kəsmək (yalnız düz, yumru yox), göbələk infeksiyanın ilk simptomlarında (dırnaqların saralması, ovulması və s.) həkimə müraciət etmək, rahat ayaqqadı seçmək lazımdır.


Etiketlər:  Dırnaq batması SƏBƏBLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ