Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“AL marketin” qarşısında raket aşkarlanıb (FOTO)

“AL marketin” qarşısında raket aşkarlanıb (FOTO)

Tarix: 17 Sentyabr 2019 19:18

Bakı. Trend:

Gəncədə “AL marketin” qarşısında 73 mm-lik PQ-9 raketi aşkar olunub.

Bu barədə Trend-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospektində yerləşən “AL marketin” qarşısında tikinti işləri aparılarkən mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis idarəsinin Kəpəz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Gəncə şəhər Baş Polis idarəsinin Kəpəz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 73 mm-lik PQ-9 raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

“AL marketin” qarşısında raket aşkarlanıb (FOTO) “AL marketin” qarşısında raket aşkarlanıb (FOTO) “AL marketin” qarşısında raket aşkarlanıb (FOTO) “AL marketin” qarşısında raket aşkarlanıb (FOTO) “AL marketin” qarşısında raket aşkarlanıb (FOTO) “AL marketin” qarşısında raket aşkarlanıb (FOTO) “AL marketin” qarşısında raket aşkarlanıb (FOTO) “AL marketin” qarşısında raket aşkarlanıb (FOTO) “AL marketin” qarşısında raket aşkarlanıb (FOTO) “AL marketin” qarşısında raket aşkarlanıb (FOTO) “AL marketin” qarşısında raket aşkarlanıb (FOTO) “AL marketin” qarşısında raket aşkarlanıb (FOTO) “AL marketin” qarşısında raket aşkarlanıb (FOTO) “AL marketin” qarşısında raket aşkarlanıb (FOTO) “AL marketin” qarşısında raket aşkarlanıb (FOTO) “AL marketin” qarşısında raket aşkarlanıb (FOTO) “AL marketin” qarşısında raket aşkarlanıb (FOTO) “AL marketin” qarşısında raket aşkarlanıb (FOTO)


Etiketlər:  AL marketin qarşısında raket aşkarlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ