Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2022 08:21
"Böyük Yeddilik" (G7) ölkələrinin energetika və iqlim nazirləri OPEC ölkələrini yanacağın qiymətində kəskin artım fonunda neft hasilatını yüksəltməyə çağırıb.
"Neft və qaz hasil edən ölkələri məsuliyyətli davranmağa və daralan qlobal bazara reaksiya verməyə çağırırıq, həmçinin qeyd edirik ki, OPEC bu prosesdə əsas rol oynayır", - nazirlərin Berlin görüşündən sonra dərc olunan kommünikedə deyilir.
Sonxeber.net "Report"a istinadən bildirir ki, Nazirlər Avropa İttifaqının Rusiya təbii qazından asılılığının azaldılmasının zəruriliyi vurğulayıblar və boru kəməri ilə ötürülən qazın tədarükündə yarana biləcək fasilələrin yumşaldılması üçün mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün artırılmasının vacibliyini qeyd ediblər.