Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putindən şok Türkiyə mesajı – Rusiyanın geri çəkildiyi prosesdə Qarabağ detalı

Putindən şok Türkiyə mesajı – Rusiyanın geri çəkildiyi prosesdə Qarabağ detalı

Tarix: 28 May 2022 20:32

"Qərbin Rusiyaya qarşı sərtləşən sanksiyaları fonunda Putinin Türkiyə ilə sıx münasibətlərə əvvəlkindən daha çox ehtiyacı var".

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, ekspert bölgədə gedən geosiyasi proseslərdəki son gəlişmələrə diqqət çəkib:

"Kremlin Ukraynada apardığı işğalçı müharibə Rusiyanın hərbi və müharibəyə xərclənən maliyyə resurslarını tükədir. Buna görə də Rusiyanın Ukrayna ilə yanaşı, daha iki istiqamətdə - Suriya və Qarabağda hərbi varlığını davam etdirməsi çətinləşir. Kreml seçim edərkən Suriyadakı hərbi varlığını minimuma endirmək qərarına gəlib. Bu, Türkiyənin Suriya ərazisində mövqelərini gücləndirmək üçün yeni imkanlar açır.

Kreml Türkiyənin Suriyada PKK və onun törəmələrinə qarşı mübarizəsini əngəl olmaq istəmir. Əksinə, Rusiya Xarici işlər naziri Sergey Lavrov Suriyadakı kürdlərin ABŞ-la ittifaqından narahat olduqlarını və bu mənada Türkiyəni anladıqlarını bildirib. Lavrov bu açıqlamanı Kreml sahibi Vladimir Putinin təlimatıyla səsləndirib. Qərbin Rusiyaya qarşı sərtləşən sanksiyaları fonunda Putinin Türkiyə ilə sıx münasibətlərə əvvəlkindən daha çox ehtiyacı var".

Elxan Şahinoğlu Türkiyənin Qarabağ məsələsində oynaya biləcəyi rola da toxunub:

"Qaldı Qarabağ. Elə etməliyik ki, Kreml hərbçilərini yaxın gələcəkdə ərazimizdən də çıxarmaq barədə qərar qəbul etmək etsin. Bu məsələnin həllində də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rolu olacaq. Bu baxımdan, Ərdoğanın Azərbaycana səfəri də xüsusi önəm kəsb edir. Rusiyanın Suriyanı tədricən tərk etməsinin eynisinin Qarabağda həyata keçirilməsi imkanlarının Bakıda müzakirə ediləcəyi istisna deyil".


Etiketlər:  Putindən şok Türkiyə mesajı Rusiyanın geri çəkildiyi prosesdə Qarabağ detalı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ