Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış amerikalı caz ifaçısı Bakıda çıxış edəcək

Tanınmış amerikalı caz ifaçısı Bakıda çıxış edəcək

Tarix: 18 Sentyabr 2019 00:21

Bakı. Trend:

Sentyabrın 23-də tanınmış amerikalı caz ifaçısı Mişel Uoker Bakıda, Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Trend-in məlumatına görə, konsertdə ifaçı bir-birindən rəngarəng hit mahnılarını təqdim etməklə yanaşı, dünya caz nümunələrinə də müraciət edəcək.

Mişel Uoker xüsusi səs tembri ilə hər kəsi heyrətləndirən özünəməxsus və eyni zamanda yumşaq bir tərzi ilə cazibədar caz vokalçısıdır. İfaçını yalnız romantik düşüncəli təqlidçi kimi təsnif etmək səhv olardı. İncə ifa tərzi ilə seçilən vokalist klassik melodik hərəkətləri və müasir stilə malik yanaşmaları ilə diqqəti cəlb edir. Buna görə də onun ifaları həm tənqidçilər, həm də ictimaiyyət tərəfindən zövqlü musiqi kimi qəbul edilir.

Qeyd edək ki, bu amerikalı sənətkarın ölkəmizdə ilk konserti olacaq. 2000-ci ildən fəaliyyətə başlayan ifaçının ilk debüt albomu "Slown down" ABŞ-da ilin ən yaxşı debüt albomu və ən yaxşı müstəqil vokal caz albomu nominasiyasına layiq görülmüşdü.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tanınmış amerikalı ifaçısı Bakıda çıxış edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ