Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşa Ukraynaya 18 özüyeriyən haubitsa verəcək

Polşa Ukraynaya 18 özüyeriyən haubitsa verəcək

Tarix: 30 May 2022 07:14

Ukrayna Polşadan 18 ədəd müasir KRAB özüyeriyən haubitsa alacaq.

Sonxeber.net "report"a istinadən bildirir ki, söhbət üç artilleriya batalyonu üçün avadanlıqdan gedir.

Polşa hərbçiləri artıq 100 ukraynalı artilleriyaçıya KRAB top haubitsalarından istifadə üzrə təlim keçib. Hazırda Ukrayna Silahlı Qüvvələrinin ixtiyarında azı 24 özüyeriyən silah qurğusu var.

"Sezar" adlanan oxşar tipli altı avadanlıq Fransa tərəfindən köçürülüb.

KRAB özüyeriyən haubitsaları bir neçə ildir Polşa ordusunda istifadədə olan texnikadır. Əsas döyüş sursatları ilə maksimum atəş məsafəsi 40 km-dir. KRAB dəqiqədə 6 dəfə atəş aça bilir.


Etiketlər:  Polşa Ukraynaya özüyeriyən haubitsa verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ