Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2019 09:45
Bakı. Samir Əli - Trend:
Bakıda gənc oğlanın intihara cəhd etməsilə bağlı cinayət işi başlanıb.
Trend-in məlumatına görə, faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, sentyabrın 17-də 2000-ci il təvəllüdlü Ələsgərov Orxan Firdovsi oğlu paytaxtın Nizami rayonu ərazisində, "Koroğlu" metrostansiyasının yanındakı körpüdən özünü ataraq intihara cəhd edib.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin