Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2022 20:34
Ukraynanın sabiq Prezidenti Petro Poroşenko üçüncü cəhddə ölkədən çıxa bilib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, Poroşenko Avropa xalq partiyasının sammitində iştirak etmək üçün Rotterdama yola düşüb.
Sabiq Prezident bundan əvvəl ölkədən çıxmağa iki dəfə cəhd göstərib. Ali Radanın rəsmi nümayəndə heyətinin üzvü kimi NATO Parlament Assambleyasında iştirak etmək məqsədilə mayın 27-də və 28-də sərhəd-buraxılış məntəqəsinə gələn sabiq prezidenti sərhədçilər geri qaytarıblar.
Bu gün səhər Petro Poroşenko ölkədən çıxmasına yardım göstərilməsi xahişi ilə Prezident Volodimir Zelenskiyə müraciət edib və gedişinin məqsədini açıqlayıb. Yalnız bundan sonra onun Polşa ilə sərhədi keçməsinə icazə verilib.