Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürəyin 3 ƏN QƏDDAR DÜŞMƏNİ

Ürəyin 3 ƏN QƏDDAR DÜŞMƏNİ

Tarix: 31 May 2022 07:03

Tibbi statistika göstərir ki, bütün dünyada ürək-damar sistemi xəstəlikləri ölümün əsas səbəbidir.

Belə vəziyyətdə ürək-damar sistemi xəstəliklərinin profilaktikası ən vacib məsələlərdən biridir.

Ürəyin sağlamlığını qorumaq üçün ilk növbədə onun əsas düşmənlərini tanımaq lazımdır. Bu düşmənlər bunlardır:

1. Piylənmə

Statistika göstərir ki, piylənmədən əziyyət çəkə insanda normal bədən çəkisi olan insanla müqayisədə infarkt və insultun riski 3-4 dəfə çoxdur.

Piylənmədən əziyyət çəkən insanın ürəyi həddindən artıq yüklənir ki, bu da nəticədə ürək xəstəliklərinin  inkişafına səbəb olur.

2. Sadə karbohidratlar

Son elmi araşdırmalar göstərib ki, ürək və damarların əsas qənimi olan aterosklerozun səbəbi heç də yağlar deyil, sadə karbohidratlardır (qlükoza, fruktoza, saxaroza).

Qidalanmada şəkər və şirniyyatlardan sui-istifadə ürək xəstəliklərinə yol açır.

3. Stress

Stress zamanı qanda stress hormonlarının (kortizol, adrenalin) səviyyəsi qalxır. Bu orqanizmin təbii reaksiyasıdır ki, bu reaksiya insana özünü təhlükədən, düşmənlərdən və s.-dən qorumağa, xilas etməyə kömək edir.

Lakin xroniki stress zamanı qanda stress hormonlarının səviyyəsi daim yüksək olur ki, bu da orqanizmə və ilk növbədə ürək-damar sisteminə yalnız ziyan vurur.


Etiketlər:  Ürəyin QƏDDAR DÜŞMƏNİ


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ