Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2022 10:16
Ukrayna Baş Prokuroru Ofisi müharibə zamanı Rusiya hərbçilərinin zorlama cinayətləri ilə bağlı ilk işi məhkəməyə göndərib. Cinayət mart ayında, Kiyev vilayətinin Brovarski rayonunun işğalı zamanı baş verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə baş prokuror İrina Venediktova "Facebook" səhifəsində məlumat verib.
"Rusiya Silahlı Qüvvələrinin 90-cı qvardiya tankı Vitebsk-Novqorod diviziyasının 239-cu alayının hərbi qulluqçusu Mixail Romanov qadının ərini öldürməkdə və qadına qarşı cinsi zorakılıqda təqsirli bilinərək mühakimə olunacaq", - deyə Venediktova bildirib.
Baş prokurorun sözlərinə görə, istintaq zamanı cinayətin mart ayında Brovarski rayonunun ələ keçirilməsi zamanı baş verdiyi müəyyən edilib. Rus işğalçısı kəndlərin birində evə soxulub.
"Sərxoş hərbçi digər işğalçı ilə birlikdə qətldən dərhal sonra (qurbanın ərinin qətli - red.) arvadını bir neçə dəfə zorlayıb. Onlar qadını silahla hədələyib, hətta həmin vaxt yaxınlıqda olan uşağına qarşı da zorakılıqla təhdid ediblər", - deyə baş prokuror xatırladıb.
Xatırladaq ki, Ukraynada bundan öncə digər bir rusiyalı hərbçi Sumı vilayətinin mülki sakinini qəsdən öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.