Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2022 15:54
Hindistanın Bihar əyalətində "hörümçək qız" yaşayır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onun dörd qolu və dörd ayağı var.
Uşağın anası Uşu Devi bildirib ki, balaca əlavə qol və ayaqlarından istifadə edə bilmir.
Hazırda qız iki yaş yarımlıqdır. Əlavə əzalar uşaq üçün narahatlıq yaratdığından, onların aradan qaldırılması məqsədilə əməliyyat üçün ianə toplanılır.
Qeyd edək ki, qızın özündən böyük qardaşı da anadangəlmə əlil doğulub.