Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2022 17:38
Ermənistanda may ayında polislərə mükafat qismində 6,5 milyon dollar vəsait paylanılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə erməni deputat Artur Kazinyan sosial şəbəkə hesabında yazıb.
Müxalif deputatın sözlərinə görə, eyni ay ərzində müəllimlər və tibb işçiləri üçün heç bir mükafat ödənişi həyata keçirilməyib.
Qeyd edək ki, Nikol Paşinyan hökuməti ilk vaxtlar sərt müdaxilədən qaçsa da, son dövrlərdə müxalifətə qarşı güc tətbiq etməkdən çəkinmir.