Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Atam üçün fərqi yox idi ki, qarşısındakı xalq artistidir, ya əməkdar...”

“Atam üçün fərqi yox idi ki, qarşısındakı xalq artistidir, ya əməkdar...”

Tarix: 31 May 2022 18:50

"Atam ona nə deyib ki? Deyib ki, gəl qastrola get də. Atamın teatra sevgisi bir başqa idi. Onun üçün fərqi yox idi ki, qarşısındakı xalq artistidir, yoxsa əməkdar artistdir. Onun üçün aktyor anlamı var idi. O sadəcə direktor olduğu müddətdə aktyorlarından işini tələb edirdi. Atam istəməzdi ki, onun teatrının aktyoru hansısa kanalda veriliş aparmasın?! Niyə istəmirdi ki?! O deyirdi ki, gəlsinlər rollarını oynasınlar, məşqlərini edib çıxıb getsinlər. Onun nəyinə lazımdır ki, teatrdan kənarda kim nə işlə məşğuldur? Özü guya filmlərə çəkilməmişdi? Özü də filmə çəkilirdi də. Axşam gəlib rollarını oynayır, gündüzlər gedib çəkilişlərdə iştirak edirdi. Hətta elə olub ki, eyni vaxtda 2 filmə çəkilib, amma teatrda da, televiziya tamaşalarında da oynayıb".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Əliabbas Qədirovun oğlu İlham Qədirov deyib. O, daha sonra əlavə edib.

"Hamı bilir ki, atam çox ciddi insan olub. İstər ailədə, istərsə də sənətdə, ələxsus da teatrda. O heç kimə filmlərdə çəkilməyə qadağa qoymayıb, qoya da bilməzdi. Sadəcə deyirdi ki, məşqlərə, tamaşalara vaxtında gəlin. O dönəmlərdə məşqə gecikən bir neçə sənətçini cəzalandırmışdı. Məncə teatr rəhbəri bu cür olmalıdır. Bu hər zaman belə olub. Tarixə nəzər salsaq görərik ki, bizim bütün böyük sənətkarlarımız tamaşa başlamazdan 1 saat öncə teatra gəliblər. Atam heç kimi nahaqdan cəzalandırmayıb. Bundan sonra atam haqda kim nəsə desə bilsinlər ki, onlara cavab verməyə sözüm var. Atam teatr direktoru olduğu illərdə 30-a yaxın sənətçinin adı yazılan siyahını fəxri ad üçün yuxarı göndərmişdi, hamısına da fəxri ad vermişdilər. Heç birinin adı siyahıdan çıxarılmamışdı. Bu faktı nəinki Akademik Milli Dram Teatrında çalışanlar, bütün sənət camiyəsindəki insanlar bilirlər" deyə aktyorun oğlu bildirib.

Qeyd edək ki, aktrisa Fidan Axundova verilişlərdən birində "Əliabbas müəllim mənə şərt qoydu, ya teatr, ya da efir. Məcbur qalıb teatrdan uzaqlaşdım" deyə bildirmişdi.


Etiketlər:  Atam üçün fərqi qarşısındakı xalq artistidir əməkdar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ