Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britaniyada yanacağın qiyməti kəskin artır

Britaniyada yanacağın qiyməti kəskin artır

Tarix: 31 May 2022 19:30

Böyük Britaniyada benzinin orta qiyməti bir litr üçün 1,73 funt-sterlinqi (2,18 dollar) ötüb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu da ölkədə indiyə qədər qeydə alınan ən yüksək göstərici hesab olunur.

Məlumata görə, Böyük Britaniyada Rusiyaya qarşı sanksiyalar fonunda dizelin qiymətində də maksimum artım müşahidə olunur. Belə ki, hazırda dizelin 1 litri 1,82 funt sterlinqə (2,3 dollar) satılır. Bildirilir ki, bir il əvvəl isə Böyük Britaniyada benzin və dizelin litri müvafiq olaraq 1,29 və 1,31 funt sterlinqə satılırdı.

Ekspertlər ölkədə benzin qiymətlərinin artmasını Avropa İttifaqı tərəfindən Rusiyadan karbohidrogenlərin idxalına qoyulan yeni məhdudiyyətlərlə əlaqələndirirlər.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) liderləri Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gəlib. Sözügedən sanksiyalar Rusiyadan neft idxalına qadağa qoymağa imkan verəcək. Belə ki, indiki mərhələdə sanksiyalar Rusiyadan neft idxalının 75%-nə şamil olunacaq. İlin sonuna qədər isə qadağa Avropaya idxal edilən Rusiya neftinin 90%-nə qoyulacaq.

Milli.Az


Etiketlər:  Britaniyada yanacağın qiyməti kəskin artır


RƏYLƏR