Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vardanyanı kim güllələyib? - Paşinyanın Bakıya qarşı qurduğu plan

Vardanyanı kim güllələyib? - Paşinyanın Bakıya qarşı qurduğu plan

Tarix: 31 May 2022 21:08

Ermənistan tərəfi son günlər Azərbaycanın Brüssel razılaşmasını pozduğuna dair ittihamlar səsləndirir. Əsgər David Vardanyanın yaralanması, daha sonra ölməsi bu ittihamda əsas "arqument" kimi istifadə olunur. İddia edirlər ki, erməni əsgər Azərbaycan Ordusunun açdığı atəş nəticəsində yaralanıb.

Azərbaycan tərəfi həm Müdafiə Nazirliyi, həm Xarici İşlər Nazirliyi, həm də Dövlət Sərhəd Xidməti səviyyəsində bu iddianı təkzib edib. DSX-nin rəsmi açıqlamasına görə, hadisə erməni əsgərlərin bir-birini güllələməsi nəticəsində baş verib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediasında yayılan məlumatlar da David Vardanyanın yaralanması, daha sonra ölməsinin daxili problemlərdən qaynaqlandığı ehtimallarını gücləndirir.

"Şərəfim var" blokunun deputatı Tiqran Abramyan bildirir ki, sərhəddə erməni əsgərlər çadırda xidmət edirlər: "Xidmət səviyyəsi olduqca aşağıdır. D.Vardanyanla bağlı hadisə bunu bir daha sübut etdi".

"5165" hərəkatının lideri Karin Tonoyan qeyd edir ki, yaralı əsgər ən yaxındakı kənddə yataq çantasında endirilib.

"Təsəvvür edin, əsgər ayağından yaralanmışdı, lakin yol boyu çoxlu qan itirməsi nəticəsində öldü", - K.Tonoyan bildirir.

Bu detallar D.Vardanyanın ölümü ilə bağlı hadisəyə dair müəyyən ip ucları verir.

Birincisi, erməni əsgər ayağından yaralanıb: hadisə Azərbaycan Ordusunun atəşkəsi pozması nəticəsində baş versəydi, daha ölümcül yara alması qaçılmaz olardı;

İkincisi, erməni əsgərin orduda xidmətdən yayınmaq üçün öz ayağından vurduğu versiyası da güclüdür, çünki T.Abramyanın açıqlaması göstərir ki, xidmət şəraiti bərbad vəziyyətdədir: görünür, çadırda xidmət edən və ərzaq təminatı bərbad olan erməni əsgərlər vəziyyətə dözə bilmirlər; D.Vardanyan xilas yolunu ayağından vurmaqda görüb, lakin təxliyəsinin gecikməsi və qan itirməsi nəticəsində ölüb;

Müxtəlif versiyalara yol açan faktlar mövcuddur. Gerçək odur ki, D.Vardanyan Azərbaycan əsgərinin gülləsi ilə yaralanmayıb. Ermənistan hakimiyyəti Brüssel razılaşmasını pozmaq məqsədilə bu hadisədən istifadə edir. Razılaşmaya əsasən, sərhədin delimitasiyası qısa dövrdə başa çatmalıdır. Artıq sərhəd komissiyalarının ilk görüşü baş tutub. Sərhədin öz maraqlarına uyğun delimitasiyasına çalışan İrəvan buna masada nail ola bilmədiyi üçün bu cür hadisələrdən yararlanmağa cəhd edir.


Etiketlər:  Vardanyanı güllələyib Paşinyanın Bakıya qarşı qurduğu plan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ