Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2019 11:16
Bakı. Trend:
Hindistanda qeyri-adi cərrahiyyə əməliyyatı edilib.
Trend-in məlumatına görə, Madxya-Pradeş şatının Saqar şəhərində pasiyentin başından çıxmış buynuz kəsilib. "Şeytan buynuzu" adlandırılan bu törəmənin 10 santimetrdən böyük olduğu qeyd edilir.
Həmin şəxsin sözlərinə görə, öncə şiş o qədər də böyük olmayıb, daha sonra böyüyərək ona narahatlıq yaradıb. Ona görə də o, həkimə müraciət edərək "buynuz"dan xilas olmağa qərar verib.
Həkimlərin dediyinə görə, əməliyyat uğurlu keçib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin