Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xarici diplomatlar İstisuda - FOTO

Xarici diplomatlar İstisuda - FOTO

Tarix: 31 May 2022 21:36

Diplomatik korpus nümayəndələri Murovdağ tunelinin tikinti işləri ilə tanış olublar.

Qonaqlara tunelin bərpa prosesi, eləcə də, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi barədə məlumat verilib.

Qeyd olunub ki, tikintinin 2024-2025-ci illərdə başa çatdırılması planlaşdırılır, tikintidən sonra bu yolda hərəkət bir saatdan az vaxt aparacaq.

Xarici diplomatlar, həmçinin, Kəlbəcərin İstisu qəsəbəsində olub, İstisunun müalicəvi mineral bulaqlarına baş çəkib, Kəlbəcər balının dadına baxıblar.

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başa çatıb.

Xatırladaq ki, diplomatik korpusun Kəlbəcər səfərində 50 ölkədən 80-dən çox diplomat və hərbi nümayəndə, eləcə də, 10 beynəlxalq təşkilat iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə doqquzuncu səfəridir.

Milli.Az


Etiketlər:  Xarici diplomatlar İstisuda FOTO


RƏYLƏR