Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya qoşunları Severodonetsk şəhərinin böyük hissəsini ələ keçirib

Rusiya qoşunları Severodonetsk şəhərinin böyük hissəsini ələ keçirib

Tarix: 31 May 2022 22:02

Rusiya qoşunları Ukraynanın Luqansk əyalətinin inzibati mərkəzi Severodonetsk şəhərinin böyük hissəsini ələ keçirib

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "RBC-Ukraina" Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qaydayın teleqram kanalına istinadən məlumat yayıb.

O, qeyd edib ki, axşam saatlarına olan məlumata görə, Rusiya qoşunları Severodonetskin əksər hissəsinə nəzarət edir.

"Şəhərin daxilində döyüşlər gedir, Rusiya qoşunları təəssüf ki, şəhərin böyük hissəsinə nəzarət edir.

Onun sözlərinə görə, Ukrayna qoşunları tutduqları mövqeləri müdafiə edirlər. Dağıntılara gəlincə, Severodonetsk bu baxımından Rubijne və Popasnaya yaxınlaşır: demək olar ki, bütün kritik infrastruktur dağıdılıb, mənzil fondunun 90 %-i zədələnib, bunun yarıdan çoxunu bərpa etmək mümkün deyil.

Milli.Az


Etiketlər:  Rusiya qoşunları Severodonetsk şəhərinin böyük hissəsini ələ keçirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ