Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Tik-Tok” “Russia Today”in hesabına blok qoydu

“Tik-Tok” “Russia Today”in hesabına  blok qoydu

Tarix: 31 May 2022 23:30

Dünyaca məşhur Çin sosial media tətbiqi "Tik-Tok" Rusiyanın "Russia Today" xəbər telekanalının alman xidmətinin sosial şəbəkə hesabını silib, profilini isə bloklayıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Tik-Tok" nümayəndələrinin sözlərinə görə, bloklama istifadə qaydalarının pozulması ilə bağlıdır.

Xatırladaq ki, 2022-ci ilin fevral ayında "Russia Today" telekanalının Almaniyada alman dilində yayımı qadağan edilib.

Buna cavab olaraq Rusiya "Deutsche Welle"nin Rusiya bürosunun bütün işçilərinin akkreditasiyasını ləğv edib. Alman televiziya şirkətinin Moskva bürosu bağlanıb.


Etiketlər:  Russia Todayin hesabına blok qoydu


RƏYLƏR