Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2022 00:50
Kremlin nəzarətində olan "Rossiya-1" telekanalında "60 dəqiqə" verilişinin aparıcısı Olqa Skabeyeva üçüncü dünya müharibəsinin başladığını deyib.
Sonxeber.net Sfera.az-a istinadən bildirir ki, aparıcı Qərbin Ukraynaya silah verməsini qlobal münaqişə adlandırıb:
"Bəlkə Ukraynada Xüsusi Hərbi Əməliyyatın başa çatdığını qəbul etməyin vaxtı çatıb. Çünki əsl müharibə, 3-cü dünya müharibəsi başlayıb".
Britaniya mətbuatının "Putinin kuklası" adlandırdığı Skabeyevanın Kremlin razılığı olmadan bu açıqlamanı verə bilməyəcəyi bildirilir.
Daha əvvəl canlı yayımda Moskvanın nüvə hücumu xəritəsini yayımlayan rusiyalı jurnalistlər belə bir vəziyyətdə London, Paris və Berlinin xəritəsinin 202 saniyə ərzində silinəcəyini açıqlamışdı.