Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putinin kaskadyor kimi rol aldığı filmlər - FOTO

Putinin kaskadyor kimi rol aldığı filmlər - FOTO

Tarix: 1 Iyun 2022 09:32

1970-ci illərdə Vladimir Putin "Lenfilm"in bir neçə filmində kaskadyor kimi çəkilib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası V.Putinin çəkiliş meydançasındakı həmkarlarına istinadən xəbər yayıblar.

Gələcək prezident məşqçi Anatoli Raxlinin sambo (sonradan cüdo) seksiyasında tanış olduğu dostu Arkadi Rotenberqlə filmlərdə rol alıb. Onlar hər ikisi idman ustası olub və yarışlarda birgə iştirak ediblər.

1950-ci illərdə güləşçi - Anatoli Raxlinin məşqçisi Aleksandr Massarski "Lenfilm"də tryuk çəkilişləri üzrə məsləhətçi təyin olunur. Anatoli Raxlin sonradan Putinin məşqçisi və "Turbostroitel" klubunun seksiyasının rəhbəri olur. "Lenfilm"də tamhüquqlu kaskadyorlar komandası olmadığı üçün çəkilişlərə idmançılar cəlb olunub. Belə ki, Raxlin "Prezidentin senseyi" adlı bioqrafiyasında yüzdən çox filmdə oynadığını yazıb.

Rotenberq "İjor alayı" filmində ikinci dərəcəli rol almağa nail olur. Çəkilişin iştirakçısı Pyotr Tarxanovun sözlərinə görə, o, müdafiəni tutan sadə İjor fəhləsi rolunu oynayıb. Həmin filmdə Putinin digər tanışı, Dövlət Dumasının keçmiş deputatı, Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov da rol alıb.

Şestakov bildirib ki, Putin "İjor alayı"nın çəkilişlərində kaskadyor kimi iştirak edib. "Biz onunla "Blokada" və "İjor alayı"nda rol aldıq", - deyə Şestakov bildirib. Onun sözlərinə görə, hər ikisinin iştirak etdiyi üçüncü film də var, lakin adını xatırlaya bilmir.

"Kiminlə oynamaq bizim üçün fərq etmirdi", - deyə Şestakov bildirib. "Həmin vaxt bunun üçün bizə çox yaxşı pul verilirdi. Biz tələbə idik, amma məsələn, "Qafqaz" restoranına gedə bilirdik. Əgər mənim aylıq mühəndis maaşım 110 rubl idisə, çəkiliş günü üçün 75 rubl alırdım. Yəni bu qədər cəlbedici pul idi", - Şestakov əlavə edib.

Digər keçmiş güləşçi Nikolay Vaşilin də Putinin "Lenfilm"də kaskadyor olduğunu təsdiqləyib. Vaşilin də Raxlinlə məşğul olub, sonra studiyada tryuklar üzrə quruluşçu olub (xüsusən də "D'Artanyan və üç muşketyor" filmində).

"Onları "Blokada" epopeyası kimi çəkilişlərə çağırmışdılar. Vilayət partiya komitəsinin 10 min nəfərlik kütləni təmin etməklə bağlı əmri var idi. Və bütün tələbələr, hərbi məktəblər, idman cəmiyyətləri insanları xüsusi sığınacağa gətirilirdi. Sadəcə kütləvi səhnəyə görə hərəyə 3 rubl, bizə isə bir çəkiliş günü üçün 10 rubl ödəyirdilər. Buna görə də biz bunu çox sevməyə başladıq", - deyə Vaşilin bildirib.


Etiketlər:  Putinin kaskadyor kimi aldığı filmlər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ