Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2022 11:22
Bakıda vətəndaşın bank hesabından külli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə Bakı şəhər sakini Y.Əhmədovun bank hesabından 8500 manatın oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Xalid İsayev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.