Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Atası avtomobil qəzasında vəfat edibmiş... - VİDEO

Atası avtomobil qəzasında vəfat edibmiş... - VİDEO

Tarix: 1 Iyun 2022 15:25

Əməkdar artist Hüsniyyə Mürvətova ötən il dünyasını dəyişən atasının vəfat səbəbini açıqlayıb. 

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə o, "10-da görüşək" proqramında danışıb.

Aktrisa deyib ki, atası avtomobil qəzasında vəfat edib:

"Birdən-birə oldu. Onu maşın vurdu. Mən indiyə qədər uşaq idim, ötən il böyüdüm. Biz Şuşaya çox önəmli bir tədbirə getmişdik. Ora addım atan kimi mənə zəng gəldi. Düzü əvvəlcə həqiqəti demədilər, xəstəxanada olduğunu söylədilər, məni aldatdılar.

Təsəvvür edin, mən səhnədə tamaşaya oynayanda atam vəfat edibmiş. Ad günündə bir yerdə idik. Mənim Şuşaya gedəcəyimi bilirdi. Mənə uğur arzuladı, o mənimlə fəxr edirdi. İki gün sonra bu hadisə oldu. Tamaşadan sonra həqiqəti dedilər. Yolda gələrkən nələr çəkdiyimi bir Allah bilir".


Etiketlər:  Atası avtomobil qəzasında vəfat edibmiş VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ