Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici ölkələrdəndir

Prezident: Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici ölkələrdəndir

Tarix: 1 Iyun 2022 17:00

Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici ölkələrdəndir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Yəni, şaxələndirmə yalnız enerji təchizatına aid deyil. Bu, bizim iqtisadiyyatımızın şaxələndirilməsidir və biz buna nail oluruq. Hesab edirəm ki, bu gün Azərbaycanda biznes mühiti tamamilə lazımi səviyyədir və Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici ölkələrdəndir. Dediyim kimi, birincisi, bizim neft-qaz sahəsində nəhəng təcrübəmiz var, biz ənənəvi şirkətlərlə tərəfdaşlığımıza böyük dəyər veririk. Biz heç vaxt imza atdığımız müqavilənin bir sözünü belə dəyişməmişik. Biz sürətlə inkişaf edirik və əlbəttə ki, Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri iqtisadi potensialımızı artıracaqdır.

Xarici borcumuzun aşağı səviyyədə olması - ümumi daxili məhsulun yalnız 12.5 faizini təşkil etməsi də münbit iqtisadi şərait yaradır. Biz əlavə kreditlər götürə bilərik, sadəcə, bunu etmirik, çünki buna ehtiyac yoxdur. Biz xarici borcumuzu ümumi daxili məhsulun 10 faizi səviyyəsinə salmaq istəyirik və bununla bağlı hökumətə göstəriş vermişəm.

Bununla yanaşı, görsək ki, Azərbaycan üçün vacib olan qlobal əhəmiyyətli layihələr var, əlbəttə, biz ənənəvi tərəfdaşlarımıza, aparıcı maliyyə institutlarına müraciət edəcəyik ki, bizə dəstək olsunlar. Bizim bununla bağlı Cənub Qaz Dəhlizi və digər layihələrdə təcrübəmiz var".


Etiketlər:  Prezident Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici ölkələrdəndir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ