Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşib

Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşib

Tarix: 18 Sentyabr 2019 12:12

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə vəzifəli, fiziki və hüquqi şəxslər cərimələnəcəklər.

Trend-in məlumatına görə, bununla əlaqədar “İnzibati Xətalar Məcəlləsinə əlavələr dəyişiklik edilir.

Əlavəyə əsasən, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyn pozulması, yəni uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılması, informasiya məhsulunun qanunda nəzərdə tutulan qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən müəyyən edilən hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələnmədən ölkə ərazisində yayılması, informasiya məhsulunun yayımçıları tərəfindən televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı, hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə, o cümlədən internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlığa dair mətnin yerləşdirilməməsinə görə cərimələr tətbiq ediləcək.

Bununla yanaşı, uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsi, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin 1-ci və sonuncu səhifələrində çap məhsullarının və digər poliqrafik üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunması və ya həmin informasiya məhsulunun qablaşdırılmadan yayılması, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən 150 metrdən az olan məsafədə yayılmasına görə cərimələr olacaq.

Bu hallara görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatədək məbləğdə cərimə ediləcəklər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşib


RƏYLƏR