Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2022 20:24
Məşhur Hollivud ulduzu Kevin Speysi könüllü olaraq Böyük Britaniyaya gələcəyini söyləyib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, Krallığın səlahiyyətliləri ondan məhkəməyə gəlməsini xahiş edib.
"Mən mətbuata və ictimaiyyətə ədalətli mühakimə olunmağa layiq olduğumu və təqsirli olduğum sübut olunana qədər günahsız olduğumu nəzakətlə xatırlatdığı üçün Kral Prokurorluğu Xidmətinə minnətdaram. Onların iddialar əsasında cinayət işi başlamaq qərarına üzülsəm də, könüllü olaraq Böyük Britaniyaya uçacağam və özümü müdafiə edəcəyəm. Əminəm ki, günahsız olduğumu sübut edəcəyəm", - deyə aktyor bəyan edib.
Qeyd edək ki, Speysi beş cinsi cinayətdə ittiham olunur.