Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə maska rejimi ləğv edilir

Bu ölkədə maska rejimi ləğv edilir

Tarix: 1 Iyun 2022 22:32

Yunanıstanda sabahdan etibarən maskadan istifadə məcburiyyəti aradan qaldırılır.

Milli.Az APA-ya istinadən bildirir ki, iyunun 2-dən etibarən qapalı məkanlarda maskadan istifadə məcburiyyəti aradan qaldırılır. Yalnız ictimai nəqliyyat və xəstəxanalar istisna təşkil edir.

Səhiyyə Nazirliyi bildirir ki, qərar 3 ay qüvvədə olacaq. Sentyabrda epidemioloji vəziyyət yenidən nəzərdən keçirilərək qərar veriləcək.

Ekspertlərin fikrincə Yunanıstan hökuməti Covid-19-la bağlı tələbləri turizmi canlandırmaq üçün yumşaldıb.

Milli.Az


Etiketlər:  Bu ölkədə maska rejimi ləğv edilir


RƏYLƏR