Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sədərək"də Aysunun başına iş gəldi: "Mağazaya daxil olanda satıcı..."

Tarix: 2 Iyun 2022 00:00

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysunun başına xoşaqəlməz hadisə gəlib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bir müddət əvvəl Bakıda obyekt açan Aysun İsmayılova "Sədərək" ticarət mərkəzindən alış-veriş etməyə yollanıb.

O, mağazalardan birinə daxil olarkən satıcı tərəfindən pis davranışla qarşılaşdığını deyib:

Satıcının hərəkətindən qəzəblənən A.İsmayılova sosial şəbəkə hesabında qalmaqallı hadisə ilə bağlı videomüraciət yayımlayıb.

"Maneken almaq istəyirdim. Üzəri tozlu idi. Satıcıya söylədim ki, mən sizdən mal alıram. Bunu təmizləyin, təmiz şəkildə verin. Cavab olaraq satıcı dedi ki, özünüz təmizləməlisiz mən yox. Harada görülüb ki, pul verib alınan məhsul çirkli olmalıdır?! 
Həmin obyektin müdiriyyətinə demək istəyirəm ki, müştəri ilə danışanda danışığınıza fikir verin və ağıllı olun! Müştəri hər zaman haqlıdır. Mən "lox" deyiləm ki, pul verim, əvəzində çirkli mal alım".

Milli.Az


Etiketlər:  Sədərəkdə Aysunun başına gəldi Mağazaya daxil olanda satıcı


RƏYLƏR