Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təklif: Onkoloji xəstəliklərlə bağlı müəyyən dərmanların apteklərdə açıq satışına icazə verilsin

Təklif: Onkoloji xəstəliklərlə bağlı müəyyən dərmanların apteklərdə açıq satışına icazə verilsin

Tarix: 18 Sentyabr 2019 12:28

Bakı. İlhamə İsabalayeva – Trend:

Münasib vaxt çatdıqda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxış edən komitə sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, mətbuatda bəzi şəkərli diabet xəstələrinin dərman çatışmazlığı barədə məlumatlara rast gəlinir: “Bunun obyektiv səbəbi var, çünki belə xəstələrin sayı ilbəil artır. İnsanlar arasında ən böyük tələfat yaradan onkoloji xəstəliklərlə bağlı də MM-də dinləmələrin keçirilməsi nəzərdə tutulur. Bu sahədə ən böyük problem odur ki, şiş əleyhinə dərmanlarda, xüsusilə ən müasir dərmanlarda çatışmazlıqlar var”.

MM-in Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib ki, onkoloji xidmətlə bağlı maliyyə məsələsinə yenidən baxılmalıdır. Amma xəstələrin sayının artması, müasir müalicə vasitələrinin baha olmasına görə əlavə vəsaitin ayrılmasını tələb edir.

Deputat təklif edir ki, onkoloji xəstəlliklərlə bağlı müəyyən dərmanların apteklərdə açıq satışının təşkilinə icazə verilsin.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Təklif Onkoloji xəstəliklərlə bağlı müəyyən dərmanların apteklərdə açıq satışına icazə verilsin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ