Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2022 08:02
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna administrasiyasını Qərb ölkələrini münaqişəyə cəlb etmək üçün təxribat xarakterli addımlar atmaqda ittiham edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Lavrov bu haqda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən mətbuat konfransında danışıb.
"Belə bir risk, şübhəsiz ki, mövcuddur. Kiyev administrasiyasının Qərb himayədarlarından istədikləri anlaşma hüdudlarından kənardadır. Bu, Qərbi hərbi əməliyyatlara cəlb etməyə yönəlmiş təxribatdır", - Lavrov bildirib.
Lavrov Avropada bu münaqişəyə qoşulmağa hazır olan siyasətçilərin olduğunu qeyd edib:
"Avropada bu münaqişəyə qoşulmağa hazır olan siyasətçilər var. Lakin ciddi ölkələr bu cür ssenarilərin risklərini anlayır".