Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2022 13:46
İyunun 2-nə keçən gecə ruslar Sumı vilayətinin Krasnopol icmasının ərazisinə təyyarədən üç raket zərbəsi endirib, nəticədə azı 3 nəfər yaralanıb, evlər dağılıb.
Sonxeber.net bildirir ki, bu haqda Sumi Hərbi Administrasiyasının rəhbəri Dmitri Jivitski Telegram-da, Dövlət Sərhəd Xidməti Facebook-da məlumat yerləşdirib.
"Təxminən gecə yarısı hava hücumu zamanı Rusiya düşmən təyyarəsi Sumı vilayətinin (Krasnopol icması) ərazisinə 3 raket zərbəsi endirdi.
Raket düşən bir ev tamamən dağıldı. Daha bir neçə evə ziyan dəyib, təsərrüfatlarda böyük dağıntılar var. İlkin məlumat: ən azı üç nəfər yaralanıb", - Jivitski yazıb.
Administrasiya rəhbərinin sözlərinə görə, yaralananların hamısı Krasnopolyedən olan mülki şəxslərdir. Onlar xəstəxanaya yerləşdirilib.
Xilasedicilər hadisə yerindədir.
Dövlət Sərhəd Xidməti Rusiya ərazisindən raket atıldığını bildirib.
Aslan Məmmədov