Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2022 22:12
Bosniya və Herseqovinanın cənubundakı Mostar şəhərinin yaxınlığındakı kütləvi məzarlıqda 1992-1995-ci illər müharibəsində həlak olan daha 15 nəfərin sümüklərinin qalıqları tapılıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Medyine bölgəsində kütləvi məzarlıqdakı qazıntılar tamamlanıb, qazıntılar zamanı Bosniya müharibəsində həlak olan 15 nəfərin sümüklərinin qalıqları aşkarlanıb.
Açıqlamada bölgədəki qazıntıların bir ay davam etdiyi, sümük qalıqlarının isə şəxsiyyətin müəyyən olunması üçün aidiyyəti qurumlara təhvil verildiyi bildirilib.
Bosniya və Herseqovina İtkin Şəxslər İnstitutunun məlumatına görə, indiyədək ölkədə 550-dən çox kütləvi məzarlıq aşkarlanıb.