Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskvada erməni iş adamı güllələndi - FOTO

Moskvada erməni iş adamı güllələndi - FOTO

Tarix: 3 Iyun 2022 07:12

Ermənistanda axtarışda olan şəxs Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində güllələnib.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə "TASS"-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Hadisə Komsomolski prospekti, 5/2 ünvanında qeydə alınıb. Belə ki, naməlum şəxs bir nəfəri kürəyindən güllələyib. İlkin məlumata görə, ölən şəxs Ermənistanda axtarışda olub.

Rusiya mətbuatına yer alan məlumata görə, öldürülən şəxsin kimliyi müəyyən edilib - bu, konsaltinq firmasının 62 yaşlı sahibi Ohanes Kamaryandır. Qatil əvvəlcə Kamaryanı kürəyindən vurub, sonra isə başından nəzarət atəşi açıb. İş adamı yerindəcə keçinib, onu qətlə yetirən şəxs isə hadisə yerini tərk edib. Hazırda polis qatili axtarır.


Etiketlər:  Moskvada erməni adamı güllələndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ