Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kuryerin sifarişini oğurladılar - VİDEO

Kuryerin sifarişini oğurladılar - VİDEO

Tarix: 3 Iyun 2022 16:06

İstanbul Sultangazidə kuryer bir binaya sifariş çatdırdığı zaman motosikletində olan ikinci sifariş oğrular tərəfindən oğurlanıb. Bu hadisə təhlükəsizlik kameralarına əks olunub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məhəllədə olan iki fərqli ünvana sifarişləri gətirən kuryer ilk sifarişi vermək üçün binaya girdiyi zaman küçədə olan iki şəxs motosikletdən digər sifarişi oğurlayaraq qaçıb.

Binadan çıxan kuryer səbətdəki sifarişi yoxlayarkən yerində olmadığını görüb. Daha sonra təhlükəsizlik kameralarından hadisənin necə baş verdiyi üzə çıxıb.

Təxminən 10 ildir kuryerlik edən Rəsul Yıkıcı belə hallarla tez-tez üzləşdiklərini və oğurlanan sifarişlərin ödənişini çalışdıqları firmaların qarşıladığını bildirib.


Etiketlər:  Kuryerin sifarişini oğurladılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ