Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2019 14:44
Bakı. Trend:
Əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkan Müalicə Pansionatında təmir və yenidənqurma işləri aparılır.
Nazirlikdən Trend-ə verilən məlumata görə, 200 çarpayılıq nəzərdə tutulan müəssisədə müasir tibbi-sosial reabilitasiya infrastrukturu yaradılacaq, əlilliyi olan şəxslərin daha efftektiv və səmərəli bərpa müalicəsi üçün yeni avadanlıqlarla təchiz olunacaq.
Mərdəkan Müalicə Pansionatında təmir və yenidənqurma işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Müəssisədə il ərzində 5000-dək stasionar, 1500-dək əlilliyi olan şəxsin ambulator şəraitdə bərpa müalicəsi alması mümkün olacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin