Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda polislə toqquşmada 50-dən çox adam xəsarət alıb

Ermənistanda polislə toqquşmada 50-dən çox adam xəsarət alıb

Tarix: 4 Iyun 2022 08:18

İrəvanda polislə toqquşmalarda əllidən çox adam xəsarət alıb.

Bu barədə "İnterfax" Ermənistanın Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.

"Bu gün Proşyan və Dəmirçiyan küçələrinin kəsişməsində baş verən insidentdə mülki şəxslər və polis əməkdaşları zərər çəkib. Xəstəxanalara 42 nəfər gətirilib. Onlardan 22-si polisdir" - deyə məlumatda qeyd olunub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki,etiraz aksiyasında polis səs qumbaraları tətbiq edib.
APA-nın xəbərinə görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Son məlumata görə tibb mərkəzlərinə 34-ü polis, 16-sı mülki şəxs olmaqla 50 nəfər gətirilib. Onlardan birinin vəziyyəti ağır olduğu üçün əməliyyata götürülüb.


Etiketlər:  Ermənistanda polislə toqquşmada dən çox adam xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ