Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail gimnastı: Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb

İsrail gimnastı: Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb

Tarix: 18 Sentyabr 2019 14:48

Bakı. Cani Babayeva - Trend:

Özümü ələ ala və proqramımı yaxşı icra edə bildiyim üçün məmnunam.

Bunu Trend-ə İsrail gimnastı Yuliana Telegina bədii gimnastika üzrə dünya çempionatının təsnifat yarışlarında çıxışından sonra deyib.

Onun sözlərinə görə, azarkeşlərin dəstəyi çıxışına kömək edib.

Gimnast əlavə edib ki, Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb:

“Burada məşqlər və uğurlu çıxış üçün lazım olan hər şey var. Mənim yarışlara hazırlıq üçün kifayət qədər vaxtım var idi, çünki mən çempionatın başlamasına dörd gün qalmış Bakıya gəlmişdim”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İsrail gimnastı Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ